Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
2021-02-26 14:07
Bu gün Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bununla bağlı Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılacaq, nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər və yerüstü qatarlarda fit veriləcək. Sükut saat 17 - də olacaq.
Vüsalə Camal