Xocalı, Şuşa, Ağdərə və Ağdam rayonlarında yol layihələrinin icrası davam edir
Yenidən qurulan və ümumi uzunluğu 41 km olan Şuşa-Laçın avtomobil yolunda torpaq işləri icra olunur. Yol II texniki dərəcəyə uyğun yenidən qurulur. Suqovuşan-Kəlbəcər avtomobil yolunun 9-cu km-dən ayrılan və 35.5 km uzunluğa malik Ağdərə-Ağdam, həmçinin Bərdə–Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən və uzunluğu 18 km olan avtomobil yolları da II texniki dərəcəyə uyğun müasir səviyyədə yenilənir.
Fərid Mehdiyev