Xizək Alpinizmi üzrə dünya çempionatına 5 idmançımız qatılır
İspaniyanın Boy -Taul xizək mərkəzində Xizək Alpinizmi üzrə dünya çempionatının açılış mərasimi keçirilib. Yarışda ölkəmiz 5 yerli idmançı ilə təmsil olunur. Xizəkçilər martın 1-də xizək alpinizminin şaquli yürüşü, növbəti gün isə komanda yürüşündə yüksək nəticə uğrunda mübarizə aparacaqlar. Martın 4-də isə idmançılar fərdi yürüş növləri üzrə öz güclərini sınayacaqlar.
Vüsalə Cənnətova