XİN: “Xocalının azad olunması gücümüzü və birliyimizi təcəssüm etdirdiyi kimi, Xocalı soyqırımı qurbanlarına vəfa borcudur”
Azərbaycan milli səviyyədə, beynəlxalq hüquq çərçivəsində görülən tədbirlərin Ermənistanın ağır cinayətlərinə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılmasına xidmət edəcəyinə inanır. Xarici işlər Nazirliyinin bəyanatında bildirilib ki, bu il ilk dəfə Xocalı soyqırımının 32-ci ildönümündə bütün Azərbaycan ərazilərində, o cümlədən Xocalı şəhərində üçrəngli bayrağımız dalğalanır. Xocalının azad olunması gücümüzü və birliyimizi təcəssüm etdirdiyi kimi, soyqırımı qurbanlarına vəfa borcudur.
Vüsalə Cənnətova