XİN vətəndaşlarımızın Türkiyədən təyyarə ilə təxliyə olunması təklifinə münasibət bildirib
Xarici İşlər Nazirliyi Türkiyənin zəlzələ bölgəsindəki Azərbaycan vətəndaşlarının təyyarə ilə təxliyə olunması ilə bağlı təkliflərə münasibət bildirib. Nazirliyin Mətbuat katibi Ayxan Hacızadə deyib ki, təxliyələr avtobuslar vasitəsilə həyata keçiriləcək, təyyarələrlə təxliyə barədə hələ ki, qərar yoxdur. Avtobuslarla təxliyə daha rahat və sürətlidir. Təyyarələrdə müəyyən çətinlik yaşana bilir. Həmçinin yaranmış vəziyyətə görə bütün hava limanları sərnişin təyyarələrini qəbul etmir. Hazırda Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ bölgəsindən təxliyəsi davam edir. Bu gün növbəti avtobuslar Adana və Qaziantepdən Azərbaycana yola düşüb.
Vüsalə Cənnətova