XİN Ukraynada yaşayan azərbaycanlılara yenidən müraciət edib
2021-02-25 12:00
XİN Ukrayna ərazisində daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına Ukraynadakı vəziyyətlə əlaqədar bir daha müraciət edərək onlara hərbi qüvvələrin və obyektlərin olduğu ərazilərdən uzaq olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edib. Ukraynanın hava məkanı bağlı olduğundan Azərbaycan vətəndaşları Ukraynanın Moldova ilə olan Oknitsa və Palanka sərhəd-keçid məntəqələri vasitəsilə quru yolla Moldova ərazisinə keçə bilər.
Vüsalə camal