XİN Tacikistandakı qar uçqunu nəticəsində insan itkisi ilə əlaqədar başsağlığı verib
Xarici İşlər Nazirliyi Tacikistana bu ölkədə baş verən qar uçqunu nəticəsində insan itkisi ilə əlaqədar başsağlığı verib. “Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq”, - deyə paylaşımda qeyd olunur. Xatırladaq ki, Tacikistanın şərqində, Bədəxşan vilayətində baş verən qar uçqunu nəticəsində 15 nəfər ölüb, 12 nəfər xəsarət alıb.
Nərgiz Camalzadə