XİN soyqırım günü ilə əlaqədar bəyanat yayıb
2021-03-31 12:00
Xarici İşlər Nazirliyi 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb. Bəyanatda mart qırğınlarının radikal millətçi ermənilərin azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasət olduğu qeyd edilir. Vətən müharibəsində Ermənistanın Gəncə, Bərdə, Tərtər və digər şəhərlərin dinc sakinlərini məqsədyönlü şəkildə raket hücumlarının hədəfinə çevirməsi məkrli siyasətin davamı kimi qiymətləndirilib. Gələcəkdə belə halların təkrarlanmaması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyini vurğulanıb.
Nərgiz Camal