XİN rəhbəri Türkiyədəki zəlzələ ilə bağlı paylaşım edib
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş verən dəhşətli zəlzələ ilə bağlı öz "Twitter" səhifəsində paylaşım edib. "Qardaş Türkiyədə böyük insan tələfatı ilə nəticələnən zəlzələ xəbəri bizi dərindən sarsıtdı. Bu dəhşətli zəlzələdə həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Azərbaycan hər zaman olduğu kimi, bu çətin günlərdə də Türkiyənin yanındadır", - deyə nazir qeyd edib.
Nərgiz Camalzadə