XİN: Qara dənizdə gəminin dronla vurulması nəticəsində bir azərbaycanlı həlak olub, biri itkin düşüb

Azərbaycan Xarici İşlər Nazirliyi xəbər verir ki, Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında “Royad Məmmədov” adlı xarici yük gəmisi dron hücumuna məruz qalması nəticəsində gəminin kapitanı, 1974-cü il təvəllüdlü Rüstəm Həsənov həlak olub. Digər Azərbaycan vətəndaşı, 2002-ci il təvəllüdlü Məhəmməd Süleymanzadə isə itkin düşüb. Hazırda onun axtarışları davam etdirilir.Gəmidəki digər azərbaycanlılar xilas edilib. Onlardan 3-ü xəstəxanaya yerləşdirilib.Hadisə ilə bağlı diplomatik nümayəndəliklər və aidiyyəti qurumlarla koordinasiya aparılır. Yaralılara tibbi və konsulluq dəstəyi göstərilir, həlak olan vətəndaşın cənazəsinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.Nazirlik həlak olan şəxsin ailəsinə və yaxınlarına başsağlığı verib, yaralılara şəfa diləyib. Digər tərəfdən, vətəndaşlara hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu ərazilərə, eləcə də riskli marşrutlarla hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə gəmilərdə işləməkdən çəkinmək tövsiyə olunub.

06 oktyabr 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik