Canlı
XİN Gəncədə polislərin qətlə yetirilməsini pisləyib

2018-07-11 / 12:02

Xarici İşlər Nazirliyi Gəncədə polislərin qətlə yetirilməsini pisləyib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mətbuat konfransında bildirib ki, Azərbaycanın inkişafı Ermənistanla yanaşı, bəzi qüvvələri də narahat edir. Həmin destruktiv qüvvələr ölkədə sabitliyi pozmaq istəyir: “Biz Gəncə gənclərinə müraciət edirik. Onlar vətənpərvərlikləri ilə seçilməli, həmrəylik nümayiş etdirməlidir. Hadisə nəticəsində həlak olan polis zabitlərinin ailəsinə başsağlığı veririk!", - deyə Hikmət Hacıyev vurğulayıb.

Vəfa Şairova