XİN Fransa hökumətini təcili olaraq gərginliyi azaltmağa çağırıb
"Fransanın bəzi şəhərlərində polis zorakılığı və etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilməsi bizi narahat edir". Bu barədə Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabında bildirilib. Qeyd edilib ki, toplaşmaq və ifadə azadlığı hüququndan istifadə edən dinc etirazçılara qarşı həddindən artıq güc tətbiqi qəbuledilməzdir. "Biz Fransa hökumətini təcili olaraq gərginliyi azaltmağa çağırırıq" - nazirlikdən qeyd olunub.
Azad Mustafayev