XİN: "Ermənistan Xankəndiyə gedən yolların paralel istifadəsinə əngəl törədir"
"Əldə olunmuş razılaşmalara baxmayaraq, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı marionet rejim əvvəldən Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda işləməsinə mane oldu və vəziyyətin humanitar deyil, siyasi xarakter daşıdığını bir daha sübut etdi". Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "X" hesabında yazıb ki, Azərbaycan Laçın sərhəd-keçid məntəqəsində gömrük və sərhəd prosedurlarına riayət olunmaqla, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının paralel istifadəsini təmin etməyə hazırdır.
Nərgiz Camalzadə