XİN: "Ermənistan siyasi manipulyasiya dolu fikirlər əvəzinə, sülh prosesinə töhfə verməlidir"

Fevralın 11-də Ermənistanın baş naziri Nikol Paşinyan “The Telegraph” qəzetinə verdiyi müsahibə zamanı Azərbaycana qarşı növbəti dəfə böhtan xarakterli əsassız iddialar səsləndirib. Beynəlxalq öhdəliklərin yerinə yetirilməsini təşviq edən Ermənistan baş nazirinin təmsil etdiyi ölkəsinin beynəlxalq hüququn bütün norma və prinsiplərinə, habelə istinad etdiyi Alma-Ata bəyannaməsinə zidd olaraq Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlaması faktının üzərindən keçməyə çalışması təəssüf doğurur. Xarici İşlər Nazirliyinin Paşinyanın səsləndirdiyi iddiaların şərhində belə qeyd edilib. Şərhdə deyilir ki, Ermənistan Azərbaycana qarşı siyasi manipulyasiya dolu fikirlər və addımlar əvəzinə, sözdə deyil, əməldə beynəlxalq öhdəliklərə riayət etməli, sülh prosesinə töhfə verməlidir.

Fərid Mehdiyev

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik