XİN-dən ermənistana tutarlı cavab. Xəyallardan oyanın
2020-01-07 18:00
Azərbaycan Respublikası XİN-nin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva, Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsinin Azərbaycanın Qarabağ bölgəsinə Ermənistan rəsmilərinin qanunsuz səfərlərinə haqq qazandırmaq cəhdinə cavab verib. idarə rəisi Ermənistan rəsmilərinin 30 il bundan öncə olduğu kimi hələ də xəyallardan çıxış etdiyini bildirib. "Ermənistan rəhbərliyi Qarabağda yaşayan insanları, sülh və təhlükəsizlik şəraitində gələcək birgəyaşayışı deyil, keçmişə yönük, dar siyasi maraqlarını fikirləşir. Bu siyasətin Ermənistan üçün nə ilə nəticələndiyi isə göz qabağındadır", deyə - XİN rəsmisi vurğulayıb.
Nərgiz camal