XİN BMT-yə üzvlüklə bağlı bəyanat yayıb
2021-03-02 14:00
Azərbaycan ərazilərinin silahlı təcavüzə məruz qalması dövrünə təsadüf edən BMT-yə üzvlüyünün ilk illərində bu mötəbər təşkilat tərəfindən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına qətiyyətli dəstək ifadə edilib. XİN-nin Azərbaycanın BMT-yə üzvlüyünün 30-cu ildönümü ilə bağlı yaydığı bəyanatda qeyd edilir ki, təqribən 30 il sonra BMT Nizamnaməsini rəhbər tutaraq Azərbaycan öz ərazilərini işğaldan azad etdi və hal-hazırda həmin ərazilərdə geniş miqyaslı bərpa və yenidənqurma işləri həyata keçirir.
Vüsalə camal