Bakının çoxtərəfli diplomatiya və beynəlxalq əməkdaşlıq mərkəzi kimi rolu artmaqdadır.Bunu Xarici İşlər Nazirliyi Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Günü ilə bağlı yayılmış bəyanatda vurğulayıb.Azərbaycan Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Quruculuğu Tədbirləri üzrə Müşavirə, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda fəal iştirak edərək çoxtərəfli əməkdaşlığa töhfə verir.2026-cı ildə Bakıda Ümumdünya Şəhərsalma Forumu, eləcə də digər nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi planlaşdırılır. Azərbaycanın COP29 tədbirinə ev sahibliyi çoxtərəfli diplomatiya sahəsində mühüm uğur kimi qiymətləndirilir. Qeyd edək ki, 24 aprel dünyada Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Günü kimi qeyd olunur.
24 aprel 2026

