XİN başçısı: "Səfirliklərimizə hücum edənlərin tapılıb cəzalandırılmasını tələb edirik"
“Diplomatik nümayəndəliklərimizə hücum tamamilə qəbuledilməzdir”. Bunu Xarici işlər naziri Ceyhun Bayramov bildirib. "Digər tədbirlərlə yanaşı, həmin ölkələrə qəti etirazımızı bildirmişik. Çünki Vyana Konvensiyasını qəbul edən hər bir ölkə bu sənədin müddəalarının yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Azərbaycanın diplomatik nümayəndəliklərinə hücum edən bütün cinayətkarlar tapılmalı və cinayət məsuliyyətinə cəlb olunmalıdır", - deyə nazir qeyd edib.