XİN başçısı: “Beynəlxalq ictimaiyyət Ermənistanı sülhə sövq etmək istiqamətində addımlar atmalıdır”
Beynəlxalq ictimaiyyət Ermənistanı sülhə sövq etmək istiqamətində addımlar atmalıdır. Xarici işlər naziri Ceyhun Bayramov Ermənistanı revanşist addımlardan çəkinməyə çağırıb. Nazir Ermənistanla normallaşma prosesi, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, sülh quruculuğu sahəsində Azərbaycanın atdığı addımlardan danışıb. “Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunduqdan sonra sülh üçün tarixi imkan yaranıb. Sülh üçün beynəlxalq hüquq normalarına tam əməl olunmalıdır”, - deyə XİN başçısı söyləyib.
Fərid Mehdiyev