XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Azərbaycan Avropa Siyasi Birliyinin Dublin sammitində qəbul edilən üç sənədə qoşulmayıb.Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.Sammitdə “Avropa təhlükəsizliyinin əsas prinsipləri haqqında Bəyannamə”, “Miqrasiya haqqında Bəyanat” və “Narkotiklərə qarşı Avropa Koalisiyasının Bəyanatı” qəbul olunub. Avropa Siyasi Birliyi qeyri-rəsmi dialoq platformasıdır. Azərbaycanın bu platformada iştirakı fikir mübadiləsi aparmaq və əməkdaşlıq imkanlarını genişləndirmək məqsədi daşıyır.Azərbaycan hüquqi və siyasi baxımdan əlavə öhdəliklər yaradan həmin sənədlərə qoşulmayıb.
13 noyabr 2026

