XİN Azərbaycanın İƏT-ə üzvlüyünün 30-cu ildönümü münasibətilə bəyanat yayıb
2021-12-08 10:00
Xarici İşlər Nazirliyi Azərbaycanın İslam Əməkdaşlığı Təşkilatına üzvlüyünün 30-cu ildönümü münasibətilə bəyanat yayıb. Bəyanatda təşkilatla münasibətlərin inkişafı və əməkdaşlığın genişləndirilməsinin ölkəmizin xarici siyasət prioritetlərinə daxil olduğu və davamlı addımlar atıldığı bildirilir. İƏT tərəfindən keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə verdiyi dəstəyi yüksək dəyərləndirir.
Nərgiz camal