Ermənistanın Baş naziri Nikol Paşinyanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı şərhləri məhkəmənin qərarı ilə tərs-mütənasibdir və Ermənistan tərəfinin növbəti dəfə arzularının reallıq kimi təqdimatı cəhdidir. Bu barədə XİN-dən bildirilib. "Ermənistan Baş naziri görünür ki, hələ də Üçtərəfli bəyanatda Azərbaycanın Laçın yolu üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verməsi barədə müddəanı düzgün anlamayıb. Azərbaycan Laçın yolunun başlanğıcında sərhəd nəzarət keçid məntəqəsi yaradılması barədə təkliflə çıxış edib. Ermənistanın bu təklifdən heç bir əsas gətirmədən imtina etməsi onun Laçın yolunda şəffaflıqda maraqlı olmadığını və sui-istifadə hallarını davam etdirmək niyyətinin göstəricisidir. Paşinyanın minalar ilə bağlı Məhkəmə qərarını təhrif edən açıqlaması isə göstərir ki, Ermənistan tərəfi bu məsələdə yenə də öhdəliyi öz üzərindən atır. Ümumilikdə qeyd edək ki, Məhkəmə tərəfindən mina təhdidi məsələsinə mahiyyəti üzrə ayrıca baxılacaq". Sitatın sonu.
Nərgiz Camalzadə