XİN: “Azərbaycanda mina qurbanlarının ümumi sayı 369-a yüksəlib”
2020-ci il müharibəsindən bəri Azərbaycanda mina qurbanlarının ümumi sayı 369-a yüksəlib. Bu barədə Xarici İşlər Nazirliyi paylaşım edib. "Ermənistanın mina təhlükəsi azərbaycanlıların həyatını hələ də təhdid edir. Bu ölümcül təhlükə ilə mübarizə üçün beynəlxalq səylərin səfərbər edilməsi insan həyatının qorunması naminə hər zamankından daha vacibdir", deyə Nazirlikdən qeyd edilib.
Vüsalə Cənnətova