XİN: “Azərbaycan hər zaman Türkiyənin yanındadır”
"Qardaş Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərləri dərin hüznlə qarşıladıq". Bu barədə XİN-dən bildirilib. "Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Azərbaycan hər zaman Türkiyənin yanındadır", - tvitırdakı paylaşımda deyilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyəli həmkarı Hulusi Akara başsağlığı ünvanlayıb.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili də tviterində Türkiyədəki zəlzələ ilə bağlı paylaşım edərək, başsağlığı verib.
Nərgiz Camalzadə