Xilasedicilərimiz dağıntılar altında 198 saat qalmış 2 qardaşı xilas ediblər
FHN-in xilasedicilərinin Türkiyə və Belarusdan olan həmkarları ilə birgə həyata keçirdikləri xüsusilə mürəkkəb xilasetmə əməliyyatı nəticəsində Kahramanmaraşda dağıntılar altında 198 saat qalmış 2 qardaş – 17 yaşlı Muhammed Enes və 21 yaşlı Abdulbaki sağ xilas olunublar. Axtarış-xilasetmə əməliyyatları fasiləsiz davam edir.
Nərgiz Camalzadə