Türkiyənin Hatay şəhərində zəlzələdən 296 saat sonra dağıntılar altından biri uşaq olmaqla üç nəfər xilas edilib.
FHN-in qüvvələri tərəfindən Kahramanmaraş rayonunda yerləşən daha 3 müxtəlif ünvanda növbəti çadır şəhərcikləri salınıb. Çadırlarda yaşayan insanlar üçün lazımi şərait yaradılıb, o cümlədən mobil səhra mətbəxi qurularaq qida təminatı təşkil olunub. Azərbaycanın Türkiyəyə göndərdiyi humanitar yardımın həcmi açıqlanıb. Bu günədək 867 nəfər xilasetmə və tibbi personal, 2 mobil səhra hospitalı, 4 873 çadır, 4 səhra mətbəxi, 861 generator, 221 512 zəruri ləvazimatlar və məhsullar, 302 034 isti geyim, 693 756 ədəd dərman və tibb ləvazimatlar göndərilib. Eyni zamanda, qardaş ölkəyə 21 367 000 AZN maddi yardım ayrılıb.
Vüsalə Cənnətova