XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb.Forumu çərçivəsində “Çin və qlobal idarəetmə təşəbbüsü” paneli keçirilib. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov regionda iqtisadi ticarətin artırılmasının zəruri olduğunu bildirib.Sloveniyanın sabiq prezidenti Borut Pahor və digər ekspertlər Çinin sabit inkişaf strategiyasını və Mərkəzi Asiyada əsas oyunçu rolunu vurğulayıblar. Çin 2019–2025-ci illərdə Avropa məsələləri üzrə nümayəndəsi Vu Honqbo isə ölkəsinin qlobal idarəetməyə ideyalarını təklif etdiyini qeyd edib.Çinin Azərbaycandakı səfiri Lu Mey ölkə vətəndaşlarının İrandan təxliyəsində Azərbaycan hökumətinə göstərdiyi dəstəyə görə təşəkkür edib. Səfir həmçinin Çin mədəniyyəti və dili üzrə layihələrin genişləndirildiyini, Konfutsi İnstitutunun Biləsuvarda filialının açıldığını bildirib.
Bundan başqa forumda "COP-u Yaşatmaq Uğrunda Mübarizə", "Orta Dəhliz və Avrasiya Əlaqə Qapısı 2030 Gündəliyinin Sürətləndirilməsi: İnklüziv Artım və Dayanıqlı Əlaqəlilik" mövzularında müzakirələr aparılacaq.
13 mart 2026

