Xidmətlər Zərfinə 2550 sayda müxtəlif tibbi xidmət daxildir
Artıq iki ildir ölkə vətəndaşlarına dövlət və özəl tibbi müəssisələrdə xidmətlərdən tam ödənişsiz istifadə imkanı yaradılıb. Bu icbari tibbi sığortanın tətbiqi sayəsində mümkün olub. İcbari tibbi sığorta Gəncə də daxil olmaqla ölkənin 36 şəhər və rayonunda tətbiq olunur. Ölkə üzrə isə 25 milyondan çox tibbi xidmət vətəndaşlara icbari tibbi sığorta çərçivəsində göstərilib. İcbari tibbi sığortanın xidmətlər zərfində 2550 xidmət var ki, vətəndaşlar bundan ödənişsiz şəkildə yararlana bilərlər.