XI Qlobal Bakı Forumunun ikinci günü panel iclasları ilə davam etdirilir
“Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən forumun ikinci günündə COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılacaq, o cümlədən iqlim, səhiyyə, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunulacaq. Qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolundan bəhs ediləcək. Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edir.
Vüsalə Cənnətova