Xeyli miqdarda narkotik vasitələrin dövriyyəsinin qarşısı alınıb
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 1993-cü il təvəllüdlü Aqil Əlizadə Qaradağ rayonu ərazisində saxlanılıb. Həmin şəxsin üzərindən, avtomobilindən və Masallı rayonundakı evindən 39 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 7 kiloqram heroin, 2 kiloqram metamfetamin, 2 kiloqram tiryək, 2000 ədəd metadon həbi və narkotiklərin satışında istifadə etdiyi 2 ədəd elektron tərəzi aşkarlanıb. O narkotikləri İran vətəndaşından Astara rayonunda əldə etdiyini bildirib. Məqsədi kuryerlik edərək narkotikləri müxtəlif ünvanlara çatdırıb pul əldə etmək olub. Barəsində həbs qətimkan tədbiri seçilib.
Fərid Mehdiyev