Xaçmazda kişi keçmiş arvadını bıçaqlayıb
2020-03-02 18:07
Xaçmazda bıçaqlanma olub. Xaçmaz şəhər sakini, 54 yaşlı Nailə Məmmədova bıçaqlanıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti stabildir. Hadisəni törətməkdə şübhəli bilinən N.Məmmədovanın keçmiş həyat yoldaşı Bəhruz Məmmədov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Vüsalə Camal