Xaçmazda ev partlayıb, 1 nəfər xəsarət alıb
Xaçmaz rayonunun Hülövlü kəndində fərdi yaşayış evində partlayış olub. Sobadan qaz sızması nəticəsində həmin evdə yaşayan Faiq Məmmədov yüngül yanıq xəsarətləri alıb. Ona Xəstəxanada tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev