Xaçmazda avtomobil körpüdən aşıb
Xaçmazda "Vaz-2106" markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi körpüdən aşıb. Rayonun Ərəb kənd sakinləri, 1988-ci il təvəllüdlü Əli Ağamməd oğlu Kərimov və 1993-cü il təvəllüdlü Təyyar Mehtiqulu oğlu Zeynalov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.