Xaçmazda 54 yaşlı kişi sinəsindən bıçaqlanıb
Xaçmaz rayonunun Yalama kəndində bıçaqlanma baş verib. 1968-ci il təvəllüdlü Tarıquliyev Bəxtiyar Tarıquli oğlu bıçaq xəsarəti alıb. Yaralı təcili tibbi yardımın köməkliyilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Döş qəfəsinin kəsilmiş-deşilmiş yarsı diaqnozu qoyulan yaralı əməliyyata alınıb. Faktla bağlı araşdırma aparılır.