Xavyer Tebas İspaniyanın iki yüksək divizionunu özündə cəmləyən La Liqanın prezidenti vəzifəsindən istefa verməyi düşünür
2020-07-24 14:09
Xavyer Tebas İspaniyanın iki yüksək divizionunu özündə cəmləyən La Liqanın prezidenti vəzifəsindən istefa verməyi düşünür. Bu addıma funksionerin vəzifə səlahiyyətlərindən sui-istifadəsi faktının mətbuatda işıqlandırılması səbəb ola bilər. Tebasın 2018-ci ildə hüquqi xidmətləri qarşılığında Sequnda təmsilçisi "Fuenlabrada"dan 130 min avro istədiyi, lakin gəliri bəyan etmədiyi bildirilir.
Vəfa Şairova