Xarkovdakı fəxri konsulluğumuzun binası ciddi dağıntılara məruz qalıb
2021-03-07 12:07
Xarici İşlər Nazirliyi Xarkovda Azərbaycanın fəxri konsulluğunun binasının vurulması ilə bağlı məlumat yayıb. Fəxri konsulluğun binasının yerləşdiyi əraziyə endirilən hava zərbələri nəticəsində konsulluğun binası ciddi dağıntılara məruz qalıb. Eyni zamanda, konsulluq əməkdaşına məxsus avtomobil istifadəyə yarasız hala düşüb. Fəxri konsulluğun əməkdaşları xəsarət almayıb və hazırda təhlükəsiz yerdədirlər.
Nərgiz camal