Xarici ölkəyə aid saxta sənədlər hazırlayan transmilli cinayətkar dəstə üzvləri saxlanılıblar
Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan və digər ölkə vətəndaşlarını Ukrayna vətəndaşı adı altında müxtəlif dövlətlərdə yaşaya, sığınacaq ala, vizasız sərbəst hərəkət edə bilmələri üçün qanunsuz sənədlərlə təmin edən transmilli mütəşəkkil cinayətkar dəstənin əməllərini ifşa edib. Lvovda yaşamış Nuriyev İbadət Qəhrəman oğlu, İstanbulda yaşamış Bağırov Fərid Vaqif oğlu və digərlərinin əlbir olan bir qrup şəxs halında 2023-cü ilin yanvarından ayrı-ayrı şəxslər üçün Ukraynaya məxsus pasport, şəxsiyyət və sürücülük vəsiqələrini, eləcə də digər sənədləri qeyri-qanuni yolla hazırlayıb, hər birini 30.000 dollaradək məbləğlərdə satmaları müəyyən edilib. Şəxslər saxlanılıblar.
Vüsalə Cənnətova