Xarici universitetlərdə təhsil almış 240 nəfər peşə tanınması imtahanından keçə bilməyib
Xarici universitetlərdə müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə təhsil almış 240 nəfər peşə tanınması üzrə imtahandan keçə bilməyib. Dövlət İmtahan Mərkəzinin kompüter vasitəsilə keçirdiyi imtahanda 466 nəfər qeydiyyatdan keçmiş namizəddən 426-sı iştirak edib. Onlardan 189-u keçid balını toplayıb. Ümumilikdə 23 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 44,3% təşkil edib.
Fərid Mehdiyev