Xarici işlər naziri Qazaxıstana işgüzar səfərə gedib
Xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iki ölkə arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqlarının növbəti raundunun keçirilməsi nəzərdə tutulub.
Vüsalə Cənnətova