Xarici İşlər Nazirliyi hərbi əsirlərlə bağlı iddialara cavab verib
2021-03-23 14:10
Azərbaycan beynəlxalq normalara riayət olunmasına sadiqdir. Azərbaycan hərbi əsir kimi təsnif edilən bütün məhbusları geri qaytarıb. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin “Human Rights Watch” təşkilatının məruzəsində erməni əsirləri ilə pis rəftar halları barədə iddialara dair şərhində bildirilib. "Təşkilatın hərbi əsirlərlə Cenevrə Konvensiyalarına uyğun rəftar olunmaması ilə bağlı iddialarını rədd edirik. Təəssüf edirik ki, son hesabat birtərəfli xarakter daşıyır, obyektiv vəziyyəti əks etdirmir. Müvafiq beynəlxalq institutları qərəzli mövqedən çəkinməyə çağırırıq", deyə açıqlamada qeyd edilib.
Fərid Mehdiyev