Xarici İşlər Nazirliyi Ermənistanın dövlət sərhədində törətdiyi təxribatla bağlı bəyanat yayıb
2021-11-17 12:07
Xarici İşlər Nazirliyi Ermənistanın dövlət sərhədində törətdiyi təxribatla bağlı bəyanat yayıb. "Bölgədə vəziyyətin gərginləşməsi və üçtərəfli bəyanatın icrasına maneələr törədilməsi məsuliyyəti bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir. Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə qarşı yönələn hər hansı təhdidlər və hərbi təxribatlar bundan sonra da adekvat şəkildə cavablandırılacaq", - deyə bəyanatda qeyd olunur.
Vüsalə camal