Xarici işlər naziri və Türkiyə xarici işlər naziri arasında telefon danışığı baş tutub
2020-11-17 10:07
Xarici işlər naziri Ceyhun Bayramovla Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub. Nazirlər bölgədəki son vəziyyəti, o cümlədən üçtərəfli bəyanatın həyata keçirilməsi, razılaşmadan irəli gələn bir-sıra məsələlər, eləcə də humanitar xarakterli məsələlərin həlli ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Vüsalə Camal