Xarici işlər naziri Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının ölkəmizdəki səfirləri ilə görüşü keçirilib
2021-03-18 10:05
Xarici işlər naziri Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının ölkəmizdəki səfirləri ilə görüşü keçirilib. Bölgədə mövcud olan cari vəziyyət, münaqişədən sonra yaranan yeni reallıqlar, üçtərəfli bəyanatların icrası ilə bağlı bir sıra məqamlar, post münaqişə dövrünün bərpa və quruculuq işləri barədə məlumat verilib. Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe diplomatik nümayəndəliklərin rəhbərlərinin diqqətinə çatdırılıb.
Nərgiz Camal