Xarici işlər naziri Ceyhun Bayramovun Beynəlxalq Qızıl Xaç Komitəsinin baş direktoru Roberto Mardini ilə görüşü keçirilib
2020-10-31 12:04
Cenevrəyə işçi səfəri çərçivəsində Xarici işlər naziri Ceyhun Bayramovun Beynəlxalq Qızıl Xaç Komitəsinin baş direktoru Roberto Mardini ilə görüşü keçirilib. Ceyhun Bayramov Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması, Azərbaycan şəhərlərinin, dinc əhalinin və mülki infrastrukturun bilərəkdən hədəfə alınması, qadağan olunmuş silahlardan istifadə, əhali arasında itkilər barədə barədə qarşı tərəfi məlumatlandırıb. Bölgədə dayanıqlı sülhün təmin olunması üçün BMT Təhlükəsizlik Şurasının tələblərinə uyğun olaraq, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmasının vacibliyi qeyd olunub.
Vəfa Şairova