Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcını qəbul edib
2021-12-29 18:05
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcını qəbul edib. Cahit Bağcı gələn ilin martıda təşkil olunacaq Antalya Diplomatiya Forumuna dəvət məktubunu Ceyhun Bayramova təqdim edib. Tərəflər Azərbaycan və Türkiyənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı məsələlərini, hər iki dövlətin təşəbbüsü ilə həyata keçirilən layihələri, üçtərəfli və dördtərəfli əməkdaşlıq platformalarının perspektivlərini müzakirə ediblər. Ceyhun Bayramovun Əlcəzair səfiri Abdeluahab Osmanı qəbulu zamanı ikitərəfli əlaqələrin inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparılıb.
Vüsalə camal