Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə XİN-ə Bərdə terroru ilə bağlı dəstəyinə görə minnətdarlıq edib
2020-10-28 10:05
Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə XİN-ə Bərdə terroru ilə bağlı dəstəyinə görə minnətdarlıq edib. Tvitterdə "Sevincimizi və kədərimizi bölüşən qardaş Türkiyə, çox sağ ol!" yazan nazir "Ermənistanın növbəti müharibə cinayətini şiddətlə qınayır və düşmənin namərd hücumunun qurbanlarının ailə və yaxınlarına dərin hüznlə başsağlığı bildiririk! Vətən sağ olsun!", - deyə qeyd edib. Türkiyə Xarici İşlər Nazirliyi Bərdənin Ermənistan ordusu tərəfindən atəşə tutulması ilə bağlı yaydığı bəyanatda Ermənistanın mülki insanları hədəfə almasını pisləyib. Vicdanı və məsuliyyəti olan ölkələr Ermənistanın davam etdirdiyi müharibə cinayətlərinə dur deməyə çağırılıb.
Vüsalə Camal