Xarici işlər naziri Ceyhun Bayramov Hande Harmancını qəbul edib
2021-06-03 14:07
Xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdəki rəhbəri Hande Harmancını qəbul edib. Tərəflər ÜST və Azərbaycan arasında faydalı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar. ÜST-ün regional direktorunun yaxın zamanlarda bölgəyə səfərinin nəzərdə tutulduğu barədə də məlumat verilib.
Nərgiz camal