Xarici diplomların tanınması ilə bağlı vətəndaşlara müraciət edilib

Türk, rus və ingilis dillərində təqdim olunan xarici ali təhsil diplomlarının və onlara əlavələrin Azərbaycan dilinə tərcüməsi, eləcə də notariat qaydasında təsdiqi tələb olunmur.Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.Bəzi vətəndaşlar qeyd olunan dillərdə tərtib edilmiş sənədləri də tərcümə etdirərək notarial qaydada təsdiqlənmiş formada təqdim edirlər. Agentlik əlavə xərc və vaxt itkisinin qarşısını almaq məqsədilə həmin sənədlərin birbaşa, tərcüməsiz təqdim edilə biləcəyini xatırladıb. Bu güzəşt yalnız türk, rus və ingilis dillərində olan sənədlərə aiddir. Digər dillərdə tərtib edilmiş sənədlərin isə Azərbaycan dilinə tərcüməsi və notariat qaydasında təsdiqi tələb olunur.

23 noyabr 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik