Xarici diplomatlar Xankəndi ilə tanış olublar
Almaniyanın Azərbaycandakı səfirliyinin əməkdaşları Xankəndi şəhərinə səfər ediblər. Səfər zamanı qonaqlara şəhərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verilib, bildirilib ki, infrastruktur yenilənir, müasir şəhər mühiti formalaşdırılır və sakinlərin geri dönüşü mərhələli şəkildə davam edir. Nümayəndə heyəti Zəfər meydanı və Qarabağ Universiteti ilə də tanış olub.
24 aprel 2026

