Xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanları keçirəcək
2021-06-10 12:09
DİM iyunun 12-də doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanları keçirəcək. Ümumilikdə 2 218 nəfərin iştirak edəcəyi imtahan saat 11-də başlayacaq. Dövlət İmtahan Mərkəzi bu il Ağsu, Daşkəsən, Astara, Göygöl, Samux, Kürdəmir, Ağdaş, Ucar, Goranboy, Şamaxı, Qobustan, Saatlı, Zərdab və Naftalanda cari il məzunlarını təmsil edən abituriyentlərin 20%-dən çoxunun qəbul imtahanlarında topladığı balın 100-dən aşağı olduğunu da açıqlayıb. Azərbaycan və rus bölmələrinin birgə müsabiqəsi üçün universitetlərdə ayrılan yerlər 9.55% azalıb.
Nərgiz camal